“Azərbaycanın əks-həmlə əməliyyatına hər cür dəstək verməyə davam edəcəyik” –

ƏRDOĞAN
24 Oktyabr 2020 - 16:00

“Bir millət, iki dövlət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əks-həmlə əməliyyatına hər cür dəstək verməyə davam edəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseridə keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

Türkiyə Prezidenti fransız həmkarı Emmanuel Makronun islam dini və müsəlmanlar haqda fikirlərinə də münasibət bildirib.

“Makronun islam dini və müsəlmanlarla dərdi nədir? Makronun zehni müalicəyə ehtiyacı var. İki dəqiqədən bir Ərdoğana toxunur. Bu sənə heç nə qazandırmaz. Azərbaycandakı fəlakətlərin, işğalların arxasında bunlar dayanır”, – deyə Ərdoğan qeyd edib.