“Ermənistan XİN rəhbəri anladı ki, Qərbdən kömək gözləməyə dəyməz” –Zərdüşt Əlizadə

Oktyabrın 23-də ABŞ Dövlət katibi Mike Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb.

Azərbaycan Xarici İşlər naziri C.Bayramov həmçinin, ATƏT-in Minski qrupunun həmsədrləri ilə də görüşüb. Bütün bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsi və cəbhə bölgəsindəki vəziyyətdən bəhs edildiyi bildirilir.

Politoloq Zərdüşt Əlizadə Azadlıq Radiosuna bildirib ki, görüşlərin faydası olub:
“Faydası bu olub ki, diplomatlar gerçək vəziyyəti nə qədər düzgün anlayıb qiymətləndirsələr bu hansısa problemin həllinə faydalı olar. Ermənistan Qərbin hansısa köməyinə qəti ümid edirdi. Ona görə də mövqelərini dəyişmədən inadla durmuşdular. Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan ABŞ dövlət katibi M.Pompeo ilə, ATƏT-in Minsk qrupu həmədrləri ilə görüşdü. Anladı ki, Qərbdən, ATƏT-in Minsk qrupundan kömək gözləməyinə dəyməz”.

Sülhün şərtlərinə gəlincə Z.Əlizadə hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyev şərtləri elan edib. Onun xatırlamasına görə, dövlət başçısı deyib ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərziləri tərk etməlidir, artıq status-kvo, təmas xətti yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanın əks-həmlə əməliyyatına hər cür dəstək verməyə davam edəcəyik” –

Sonrakı məqalə

Ermənistan Ordumuzu onun ərazisinə atəş açmağa təhrik edir –