Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır –Belçika XİN başçısı

“Səfərimin səbəblərindən biri də Qarabağ regionundakı gərginliklə bağlıdır. Təşəkkür edirəm ki, Siz öz fikirlərini bölüşdünüz. Biz bilirik ki, Siz Ermənistanla sülh əldə olunması üçün çox səy göstərirsiniz”.

APA xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadca Labib Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

“Mən Ermənistan XİN rəhbərinə də dedim ki, indi dayanıqlı sülh əldə olunsması üçün tarixi fürsət yaranıb. Təbii ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Hər iki ölkənin rəhbəri də bildirib ki, ərazi bütövlüyünə və suverenliyə hörmət vacibdir.

Səmimiyyət, cəsarət vacibdir. Biz əməkdaşlığı davam etdirməliyik”, – deyə xanım nazir vurğulayıb

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.