Azərbaycanın Avropa İttifaqına ixracı kəskin artıb –RƏQƏMLƏR

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 4,195 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi illik müqayisədə 2,6 dəfə artaraq 3,889 mlrd. dollar, idxalın həcmi isə 8,2% azalaraq 305,998 mln. dollar təşkil edib.

Nəticədə, yanvar-fevralda 3,583 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir