Azərbaycanın sülh təşəbbüsləri dəstəklənməlidir –Türkiyə Prezidenti

“Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad edib”.

Bunu bu gün Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən təkbətək görüşdən sonra təşkil olunan mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, sülhün uduzanı olmur: “Azərbaycanın sülh təşəbbüsləri dəstəklənməlidir”.

Gələn il Türkiyə Cümhuriyyətinin və Heydər Əliyevin 100 illiyinin olduğunu xatırladan Rəcəb Tayyib Ərdoğan Heydər Əliyevə hörmətini ifadə edib: “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.