“Azərbaycanın yanında olacağıq” –ABŞ İRANA MESAJ VERDİ

“Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın regionda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı səylərimizi davam etdirəcəyik”.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

Jurnalistin İrandan Azərbaycana qarşı artan kəskin ritorikaya ABŞ-ın mövqeyi necə olacaq sualına Prays belə cavab verib:

“İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı müqavimət göstərməyə davam edəcəyik. (APA)

Əvvəlki məqalə

Səmərqənddə TDT-nin IX Zirvə Görüşü keçirilir

Sonrakı məqalə

“Yaxşı əsəri hökumət sənin əvəzinə yaza bilməz…” –