Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk-İran XİN

İran Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verir. Rəsmi Tehran İranın qonşuluğunda – Cənubi Qafqazda sülhün və əmin-amanlığın dayanıqlı olmasında maraqlıdır.

AZƏRTAC xəbər verir ki bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai dekabrın 7-də Tehranda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, İran və Azərbaycan arasında qonşuluq, tarixi və mədəniyyət əlaqələri mövcuddur. Bu amillər qarşılıqlı münasibətlərin inkişafını təmin edir.

Ölkəsinin diplomatik əlaqələri gücləndirməklə münasibətlərin inkişafına çalışdığını deyən İsmayıl Bəqai bildirib ki, bu gün İranın xarici işlər naziri Azərbaycana səfər edərək qarşılıqlı əlaqələrin inkişafı istiqamətində rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.