“Azərbaycanla danışıqlar sabah davam etdiriləcək” –

Paşinyan açıqlama verdi
14 May 2021 - 19:35

“Azərbaycan tərəfi ilə danışıqlar dayandırılıb”.

Azpost.info bildirir ki, bu barədə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Paşinyan bildirib. Onun sözlərinə görə, danışıqlar sabah saat 15.00-da davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan hərbçilərinin Laçın rayonunun Qara göl yaxınlığında Ermənistanla sərhəd ərazilərdə yerləşməsi qarşı tərəfin narahatlığına səbəb olub.

Dövlət Sərhəd Xidməti bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.

Hazırda Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır