“Azərbaycanla Rusiya arasında dostluq münasibətləri yüksələn tempdə inkişaf edib”- Ceyhun Bayramov

Bu gün təkbətək, eyni zamanda geniş tərkibli görüş keçirdik və Rusiya-Azərbaycan münasibətlərinə dair geniş spektrdə müzakirələr apardıq, 2023-cü il üçün görüləcək işlər barədə fikir mübadiləsi apardıq.

Bunu Azərbaycan Respublikasının XİN rəhbəri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra təşkil edilmiş mətbuat konfransı zamanı deyib.

Nazir, ötən il Rusiya ilə diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu xatırladıb.

“Bu illər ərzində ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətləri yüksələn tempdə inkişaf edib”, – nazir əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.