Azərbaycanla Rusiya arasında sərhəd -keçid yolunun yenidən qurulmasına 30 milyon manat ayrıldı –

SƏRƏNCAM
27 Aprel 2020 - 11:54

“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrılıb.

Prezident İlham Əliyev “Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 kilometr olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30 milyon manat ayrılıb.