Azərbaycanlı jurnalist Türkiyədə həlak olub

Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib.

Bu barədə Trend-ə jurnalistin yaxınları məlumat verib.

Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub. Onun “Euronews” üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən sujetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.

Redaksiyamız, baş verən hadisə ilə əlaqədar Emin İbrahimovun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.