Moskvada “qanuni oğru” Rəşad Gəncinskiyə qarşı ittiham irəli sürülüb

12 İyul 2021 - 18:41

Azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılova (Rəşad Gəncinski) qarşı kriminal dünyada yüksək rütbə tutması ilə bağlı ittiham irəli sürülüb.

Azpost.info bildirir ki, bu barədə RİA-Novosti məlumat yayıb. İstintaq müəyyən edib ki, İsmayılov 2013-cü ildən etibarən 7 il ərzində “qanuni oğru” titulunu daşıyıb.

Ona qarşı həmçinin qətl törətmək ittihamı irəli sürülüb. Moskva Baş istintaq idarəsinin nümayəndəsi Yuliya İvanovanın sözlərinə görə, Rəşad Gəncisnkinin 2009-cu ildə törədilmiş qətllə bağlılığı üzə çıxıb.

13 may 2009-cu ildə İsmayılov və yoldaşları İzmayılov şossesindəki kafelərin birində qarşısında avtomobili atəşə tutublar. Şəxsi intiqam zəmnində törədilən bu cinayət nəticəsində iki kişi öldürülüb.

Rəşad Gəncinski ən nufuzulu “qanuni oğrulardan” sayılır. O, Moskvada bütün kriminal qruplaşmalara nəzarəti həyata keçirib. Onu “Ded Xasan”nın faktiki varis hesab edirlər.