Lənkəranda qırılan meşə ərazisi xarici şirkətə necə verilib?-“Ekofront” nazirliklə bağlanan müqaviləni yaydı (FOTOLAR)

Lənkəranın Haftonu qəsəbəsi ərazisində meşə sahələri “Beta” şirkətinə çay plantasiyası salmaq üçün verilməyib.

Azpost.info bildirir ki, bir neçə gündür bununla bağlı davam edən qalmaqalın ardınca “Ekofront” ekologiya könüllüləri Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi ilə “Tam xarici investisiyalı Beta firması arasında bağlanmış müqavilənin mətnini yayıblar.

“Ekofornt”un açıqlamasında deyilir ki, bu sənədlərdə Nazirliyin meşələrin inkişaf xidməti rəisi Namiq Xıdırovun dedikləri ilə üst –üstə düşmür. “Namiq Xıdırov Beta Tea şirkətinə tamam başqa ərazinin verildiyini, şirkətin səhvən ağacları məhv etdiyini iddia edirdi. Əsas günahkarın gözətçi olduğunu vurğulayırdı. Amma sənədlərdən aydın olur ki, Xıdırov ictimaiyyəti məqsədli şəkildə aldatmağa çalışıb”.

Müqavilədə “Beta Tea” şirkətinə 15 illiyə verilmiş 42 hektar ərazi Haftoni Meşəbəyiliyinin 5-ci kvartalının 2,3,4,5,6-cı bölmələridir: “Məhv edilmiş və edilməsi planlaşdırılan ərazi də elə bu kvartaldır. Sənəddə icarə haqqı isə hektarına illik 26 manat,  və ya 42 hektar üçün illik 1092AZN hesablanıb. Bu demək olar ki, havayıdır”.

Müqavilədə əsas məsələ ərazinin təyinatı ilə bağlıdır: “Müqavilə meşəbərpa məqsədi ilə verilib. Rəsmi aqçılamada vurğulanan çay plantasiyası açıqlaması isə müqavilənin şərtlərinə ziddir”-deyə “ekofront”-un yaydığı açıqlamada deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada “qanuni oğru” Rəşad Gəncinskiyə qarşı ittiham irəli sürülüb

Sonrakı məqalə

Neftçalada doqquz il əvvəl ərini öldürən qadın tutuldu