“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Rəşad Süleymanov “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”ndə İnsan Resursları Departamentinin Direktoru təyin edilib.
O, buna qədər, “Baku Steel Company” QSC-nin İnsan Resursları Direktoru, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İnsan Resursları Departamentinin rəhbəri vəzifəsində çalışıb.