Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azәrbaycanda elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq

Orkhan Ali 09 Aprel 2024 - 16:16 (Last updated: 21 May 2025 - 20:15)
66152fa94c5f466152fa94c5f5171266448966152fa94c5f266152fa94c5f3

Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, nәqliyyat sisteminin daha tәhlükәsiz, ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması Azәrbaycanın dayanıqlı inkişafının hәdәflәrindәndir. Bu mәqsәdlә İqtisadiyyat vә Rәqәmsal İnkişaf vә Nәqliyyat nazirliklәri tәrәfindәn ölkәmizin avtobus parkının yenilәnmәsi istiqamәtindә işlәr görülür. Azәbaycanda avtobus parkının yerli istehsal hesabına tәmin edilmәsi mәqsәdilә Çinin “BYD Company Limited” (BYD) şirkәti ilә әmәkdaşlığa başlanılır. BYD şirkəti təqdim edilən təkliflər əsasında Çin, Rusiya və Macarıstanın bu sahə üzrə ixtisaslaşmış 9 şirkəti arasından seçilib.

Elektrik avtobuslarının istehsalı layihәsindә “Azәrbaycan İnvestisiya Şirkәti” ASC payçı kimi iştirak edәcәk. Layihә üzrә BYD şirkәtinin yerli tәrәfdaşı “SARDA Group” şirkәtlәrinә mәxsus “Electrify Azerbaijan” MMC-dir. BYD şirkәti tәrәfindәn Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 mln. ABŞ dolları hәcmindә investisiyanın qoyulması nәzәrdә tutulub. Şirkәt tәrәfindәn daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır.

İstehsalın 3-cü ilindәn şirkәt tәrәfindәn istehsal edilәcәk elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması nәzәrdә tutulub vә bu, 2030-cu ilәdәk avtobusların ümumi maya dәyәrinin 40%-ni tәşkil edәcәkdir. Artıq bununla әlaqәdar yerli potensialın reallaşdırılması imkanlarının araşdırılmasına başlanılıb.

Avtobusların yerli istehsalına 2025-ci ildә başlanılacaqdır. Bundan әlavә, 2024-cü ilin noyabr ayında Azәrbaycanda keçirilәcәk COP29 tәdbiri çәrçivәsindә BYD şirkәtinin elektrik mühәrrikli avtobuslarının ölkәmizә gәtirilmәklә istismara verilmәsi nәzәrdә tutulur.

Gәlәcәkdә BYD şirkәti ilә әmәkdaşlıq üzrә aşağı tonnajlı yük elektrik avtomobillәrinin, kommunal tәsәrrüfat üçün elektrik mühәrrikli avtonәqliyyat vasitәlәrinin, elektrik mühәrrikli minik avtomobilinin istehsalı vә elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahәlәrdә әmәkdaşlıq planlaşdırılır. Bu layihәlәrә şirkәt tәrәfindәn tәqribәn 60 milyon ABŞ dolları mәblәğindә әlavә investisiyanın yatırılması planlaşdırılır.

Qeyd edәk ki, 1995-ci ildә yaranmış BYD şirkәti 2023-cü ildә 3 milyon yeni enerji avtomobilinin rekord satışını hәyata keçirmәklә dünya birincisi olub. Şirkәt avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bәrpa olunan enerji vә dәmir yolu nәqliyyatı sahәlәrindә son yeniliklәri tәtbiq edәn dünyamiqyaslı aparıcı texnologiya şirkәtlәrindәn biri hesab olunur(apa).

Post navigation

Previous: Qəbələ Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib
Next: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kollektivə təqdim olunub

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Qobustanın qayaları min illər əvvəl burada yaşayan insanların həyatından, ov üsullarından və dünyagörüşündən xəbər verir. Böyükdaş dağındakı...
Read more about Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
Neftimizin qiyməti 127 dollara yaxınlaşır neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.