“Azər Türk Bank” ASC-nin baş direktoru vəzifəsinə yeni təyinat olub. AzPost “Banker.az”a istinadən xəbər verir ki, bu vəzifəyə İlqar Tağıyev təyin edilib.
İlqar Tağıyev 2024-cü ilin iyunundan 2026-cı ilin yanvarına qədər “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də Baş icraçı direktorun müavini vəzifəsində çalışıb.