Azərbaycan ərazisinin 15 faizində quraqlıq riski var- Açıqlama

Azərbaycan ərazisinin 15 faizində quraqlıq riski var. Xüsusilə ölkə ərazisində Gəncə-Daşkəsən zonasının quraqlıq riski ilə üz-üzə qadlığını vurğulamaq lazımdır.

Bu barədə “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində çıxışı zamanı Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”un) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

S.Əsədov bildirib ki, 2017-ci il ilə müqayisədə Azərbaycanda Böyük Qafqaz və Kiçik Qafqaz sıra dağlarında buzlaqların 18 faizi itirilib: “1993-cü ildən etibarən Xəzərin səviyyəsində 2 metrədək azalma olub ki, bunun da 1,5 metri son beş ilə təsadüf edib”.

Qızılağac dövlət qoruğu haqda danışan S.Əsədovun sözlərinə görə, son öyrənilən rəqəmlərə görə buradakı su hövzəsinin 40 faizi itirilib(azərtac).

Əvvəlki məqalə

Qidaların keyfiyyətli olması xəstəlik hallarının yayılmasının qarşısını alır

Sonrakı məqalə

İran təyyarəsi bir neçə gündür Ermənistana silah daşıyır –