“Azərbaycan əsirlərin əvəzində Serj Sarkisyanın özünü tələb etməlidir” –Elxan Mehdiyev

In this photo taken on Sunday, April 22, 2018, former Armenian President Serzh Sargsyan, left, leaves a meeting with protest leader Nikol Pashinian, right, in Yerevan, Armenia. Armenian Prime Minister Serzh Sargsyan has resigned, according to his website. (Hrant Khachatryan/PAN Photo via AP)

Ermənilərin özləri və daha dəqiq desək Serj Sarkisyanın özü Azərbaycanın əlinə ələdüşməz fürsət verib.  O Bakıda saxlanılan erməni terror-diversiya qrupunun üzvlərinin 20-25 nəfərini  Paşinyanın oğlu Aşotla dəyişdirməyi təklif edib.

Paşinyan seçkilərin bu pik nöqtəsində çıxılmaz vəziyyətdə qalaraq buna özünün dediyi kimi rəsmi olaraq razılıq verib. Bu təklif təbii Serj Sarkisyanın mənəviyyatsız və ən doğrusu vəhşi düşüncəsinin göstəricisidir. Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə,yüz minlərlə insanımızın həyatının məhv olması, şəhər və kəndlərimizin yer üzündən silinməsi, qəbristanlıqların dağıdılması və ölülərin qalıqlarının da qəbirdən çıxarılıb çöllərə səpələnməsi Serj Sarkisyan və R. Kocaryanın vəhşi heyvan düşüncəsinin nəticəsidir.

Xocalıdakı və Qarabağın bütün başqa kəndlərindəki qətliamlar bilavasitə Serj Sarkisyanın Qarabağda silahlı qüvvələrə başçılıq etdiyi zaman onun iştirakı ilə baş vermişdir.  İndi Bakıda saxlanılan erməni diversantları da Sarkisyan anti-insani idelogiyasının qurbanlarıdır.  Ermənistan öz tarixinin ən həssas dönəmini yaşayır.  Qarşıdurma ən son nöqtəyə gəlib çıxmışdır. Həyatı işğal, ölüm, dağıntı, fəlakət üstündə qurulan Koçaryan-Serj Sarkisyan qrupu ilə, bu qrupun son 30 ildə xəstə cəmiyyət yaratdığı ölkədə gələcəyə baxmağa çalışan Paşinyan qrupu arasında savaş gedir.  Koçaryan-Serj Sarkisyan qrupu ağla gəlməyən ən çirkin dil və metodlardan istifadə edirlər.  Serj Sarkisyan öz zəhərli məhsulu olan əsirləri dəyişdirmək üçün Paşinyanın bu işdə günahı olmayan oğlunu təklif edirsə, Azərbaycan isə əvəzində Serj Sarkisyanın özünü tələb etməlidir. Əgər Azərbaycan bu tələbi qoyarsa, onun Ermənistanda atom bombası kimi effekti olacaq. Biz bütün əsirlərin əvəzinə,  Serj Sarkisyanın özünü istəyirik.  Görək “həyatını Qarabağ üçün, Millət üçün qoyan”  Serj Sarkisyan buna nə cavab verə biləcək. Və görək o erməni xalqına nə cavab verəcək? Görək Paşinyana nə cavab verəcək?

Biz bu tələbi qoysaq, bu həm regional və həm də geniş beynəlxalq resonansa səbəb olacaq. Bu addım Sarkisyanın Azərbaycan xalqına törətdiyi bütün cinayətlərin dünya birliyinə də çatdırılması üçün əlavə şans olacaq. Təbii ki, Azərbaycan hüquq mühavizə orqanları ona qarşı da iş açmışdır və bizim onu həbs etmək planımız həmişə gündəlikdədir. İndi Serj Sarkisyanı və onun zihniyyətini tam və qəti oalraq məhv etmək üçün əlimizə vaxtında və tarixi şans düşüb. Biz  Serj Sarkisyanın Azərbaycana verilməsini tələb etməliyik. Bunun yolunu da elə onun özü göstərib.

Elxan Mehdiyev

Konfliktoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ankara və Moskva razılaşdı:

Sonrakı məqalə

Məhkəmə Abel Məhərrəmov haqqında qərar verib –