Azərbaycan Avropa Məhkəməsinə müraciətlərlə bağlı 16 saylı Protoklu imzalayıb

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycan hökumətinin adından İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 16 saylı Protokolunu imzalayıb.

Bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin “Twitter” səhifəsində məlumat verilib. İmzalama mərasimi Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin iştirakı ilə baş tutub.

Azpost.info bildirir ki, 16 saylı Protokol İnsan Hüquqlarına dair Konvensiyanın şərhi və tətbiqi ilə əlaqədar ölkədaxili məhkəmələrin Avropa Məhkəməsindən məsləhətçi rəylər üçün müraciət etməsinə imkan verir.

“Məsləhətçi rəylər” sistemi beynəlxalq məhkəmələrdə tətbiq olunur. Avropa İttifaqına üzv dövlətlərin məhkəmələri Avropa Məhkəməsinə məsləhətçi rəylər üçün müraciət edə bilirlər. 16 saylı Protokolda təsis edilən sistem eyni qaydaya əsaslanır.
Məsləhətçi rəylər üçün müraciət etmək hüququ yalnız dövlət tərəflərin ən ali məhkəmələri və tribunallarına məxsusdur.

Protokolu təsdiq edən dövlətdən onlardan öz daxili sistemlərində hansı məhkəmələrin və
tribunalların məsləhətçi rəy üçün müraciət etmək hüququnun olacağı barəsində Avropa Şurası Baş Katibinə məlumat vermək tələb olunur.

Ölkədaxili məhkəmənin məsləhətçi rəyə əməl etmədiyi halda iş daha sonra Strasburq Məhkəməsinə tədqim ediləcək. Məsləhətçi rəylər sisteminin ideyası mümkün qədər çox sayda məhkəmə işinin aid olduğu ölkədaxili səviyyədə saxlanılması təşkil edir.

Məsləhətçi rəyləri üçün müraciət edən ölkədaxili məhkəmələr müraciəti təqdim edərkən öz rəsmi dövlət dillərindən istifadə edə bilərlər. Məhkəmənin məsləhətçi rəy üsulu ilə cavabı isə fransız və ya ingilis dilində və ya hər iki dildə olacaq.

Məsləhətçi rəy praktikada forma etibarilə əsasən Məhkəmənin hökmünə bənzər olacaq. Onun səbəbləri olacaq və iştirak edən hər hansı hakimin ayrıca rəy təqdim etmək hüququ var. Əsas fərq ondan ibarətdir ki, məsləhətçi rəylər hökmlərdən fərqli olaraq icbari deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“NATO Rusiya ilə dialoq mexanizmlərini məhv edib” –

Sonrakı məqalə

Saakaşvili vəkilləri ilə görüş zamanı huşunu itirərək yıxılıb