Azərbaycan cüdoçusu 1/4 finala çıxdı –"Paris-2024" /VİDEO

Azərbaycan cüdoçusu Uşanqi Kokauri “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.

100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda finlandiyalı Martti Pumalaynen ilə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən cüdoçumuz 1/4 finala yüksəlib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.