Azərbaycan diri göyərçini Türkmənistana 4,4, ətini isə Belarusa 3,7 manata satıb

Göyərçin
Göyərçin

Bu ilin ilk 3 ayı ərzində Azərbaycandan Türkmənistana 84, Qazaxıstana isə 7 ədəd diri göyərçin ixrac edilib.

AzPost Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkmənistana satılan göyərçinlərin bir ədədinin orta gömrük dəyəri 4,4 manat (2,6 dollar), Qazaxıstana satılan göyərçinlərin bir ədədinin orta gömrük dəyəri isə 14,3 manat (14,3 dollar) olub.

Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycandan Belarusa 200 kiloqram göyərçin əti də ixrac olunub. İxrac olunan ətin bir kiloqramının orta gömrük dəyəri 3,7 manat (2,2 dollar) olub.

Onu da bildirək ki, ötən ilin eyni dövründə Azərbaycandan Türkmənistana bir ədədi 7,7 manata 144 göyərçin satılıb. Bundan başqa, ötən ilin eyni dövründə İtaliyaya kiloqramı 27,5 manata 1 240 kiloqram göyərçin əti ixrac edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.