Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir” –

User 30 Mart 2024 - 10:09 (Last updated: 21 May 2025 - 20:15)
baki01

Baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında “Dünyanın ən təhlükəsiz ölkələri hansılardır?” sərlövhəli məqalə dərc edilib.

Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın müəllifi olduğu məqalədə Qlobal Terrorizm İndeksinə (QTİ) görə Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi 141 ölkə arasında 18-ci yerdə qərarlaşdığı göstərilib. Bildirilib ki, QTİ dünya əhalisinin 99,7 faizinin məruz qaldığı terrorun təsirini təhlil edən hərtərəfli araşdırmadır. Burada terror hadisələrinin və ölüm hallarının sayı, terrorla mübarizə, terrorla bağlı aparılan araşdırmaların effektivliyi və bir çox digər göstəricilər nəzərə alınır.

Məqalədə, həmçinin Azərbaycanın, eyni zamanda, cinayətkarlığın yayılma miqyasına görə dünyanın ən təhlükəsiz 20 ölkəsi siyahısına daxil edildiyi faktı diqqətə çatdırılıb. Qeyd olunub ki, sözügedən siyahı ölkələr və şəhərlər üzrə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbea” resursu tərəfindən tərtib edilib. Belə ki, sorğuda sakinlərdən gecə saatlarında şəhərdə tək gəzə bilib-bilmədikləri, polisin işindən razı olub-olmadıqları, son 12 ayda hücuma və ya soyğuna məruz qalıb-qalmadıqları soruşulub.

Müəllif Azərbaycanı sinaqoqların qapılarının gün ərzində açıq qaldığı nadir ölkələrdən biri kimi xarakterizə edərək Ermənistanla münaqişəli vəziyyətə rəğmən Bakının mərkəzində erməni kilsəsinin mühafizə olunduğuna diqqət çəkib və Prezident İlham Əliyevin “Bu gün Azərbaycan təhlükəsizlik adasıdır” ifadəsinin gerçəklik olduğunu vurğulayıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://foreignpolicyblogs.com/2024/03/22/which-countries-are-the-safest-in-the-world/

Post navigation

Previous: Sağlam olmaq üçün gün ərzində neçə addım atmaq lazımdır? –
Next: Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.