“Azərbaycan-Ermənistan sərhədində baş verənlər narahatedicidir”- Aİ-nin xüsusi nümayəndəsi

 “Azərbaycan-Ermənistan dövlət sərhədində atışma çox narahatedicidir”.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter”də bildirib.

“Azərbaycan-Ermənistan dövlət sərhədində atışma çox narahatedicidir. Təmkin nümayiş etdirmək, birbaşa və ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə bütün rabitə kanallarından istifadə etmək hər iki ölkə üçün çox vacibdir”, – deyə Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb.    

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın lider olduğu KTMT Tovuzdakı döyüşlərlə bağlı təcili iclas çağırdı –

Sonrakı məqalə

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi