“Azərbaycan-Ermənistan sərhədində hadisələr dərin narahatlıq yaradır” –Avropa İttifaqının nümayəndəsi

Avropa İttifaqı (Aİ) Azərbaycan Ermənistan dövlət sərhədində baş verənlərdən narahatlığını ifadə edib.

 Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter”də bildirib.
“Azərbaycan-Ermənistan dövlət sərhədində dərin narahatlıq yaradan hadisələr davam edir. Biz yeni itkilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırıdır”, Aİ rəsmisi vurğulayıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Emin Leyla Əliyeva ilə ayrılmağından danışdı:

Sonrakı məqalə

Azərbaycan Şimali Kipri tanıyacaq? –