Azərbaycan Ermənistanla delimitasiya komissiyasının iclasının oktyabrda keçirilməsini təklif edib

Azərbaycan tərəfi Ermənistanla sərhədlərin delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi təklifi ilə çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında oktyabrın 2-də Cenevrədə keçirilmiş görüşü barədə açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.