Azərbaycan hərbçiləri Ermənistanda istehsal olunan minaya düşüb

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistanın təxribatı nəticəsində bu gün Şuşa rayonu ərazisində mina partlayışı zamanı xəsarət alan üç hərbçimiz ərazidən çıxarılıb.

Yaralılar minalı ərazidən çıxarılıb, hərbi tibbi avtomobillərdə hospitala çatdırılıb.

Hazırda onlara tibbi yardım göstərilir.

Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib.

Müdafiə Nazirliyindən  bildirilib ki, mühəndis-istehkam bölmələrimiz tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib.
Bir daha bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin olunmalıdır.

Əvvəlki məqalə

İtaliya Prezidenti müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Sonrakı məqalə

Ağstafada kömür sexində partlayış olub, ölənlər var –