“Azərbaycan hökumətinə testlərlə bağlı dəstəyimiz çox da böyük deyil” –ÜST-ün rəsmisi

“Koronavirusa yoluxanların sayı 1 milyonu keçib. Virusa yoluxanların sayının getdikcə daha da artması gözlənilən idi, çünki yoluxma sürətlə artır. Virusun bəlkə də əvvəldən təxmin etdiyimizdən də çox yoluxuculuğu ola bilər deyə düşünürəm”. 

Bunu APA TV-yə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, hazırda dünyanın bir çox ölkəsi karantin rejimləri tətbiq etməklə virusun yayılma artım sürətini azaltmağa çalışır: “Qaydalara, tövsiyələrə əməl etmək, diqqətli olmaq lazımdır”. Harmançı xəstəlik ilk başladığı dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatının diaqnostik testlərlə bağlı Azərbaycan hökumətinə dəstək göstərdiyini də deyib.

“Onda test əldə etmək daha çətin idi, indi bir az daha asandır. Artıq hökumətlər özləri testləri ala bilir. Bizim Azərbaycan hökumətinə diaqnostik testlərlə bağlı göstərdiyimiz dəstək çox da böyük deyil. Hökumət özü daha çox test alır”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Stalin üçün toxunmuş nəhəng Azərbaycan xalçası necə yoxa çıxıb? –

Sonrakı məqalə

Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər