Azərbaycan klubunun basketbolçusu narkotik satdığı üçün həbs olunub

Azərbaycanın “Sərkərdə” klubunun basketbolçusu Nikolaye Kojuharu İrlandiyanın Offali şəhərində saxlanılıb. 

“Report” “offalyexpress” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur.

Onunla birlikdə daha iki nəfər tutulub.

Kojuharunun girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia qəbul edilməyib. Onlar məhkəmənin hökmü ilə mayın 13-də həbs olunublar. Növbəti məhkəmə prosesi mayın 20-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Royal Bank”ın həbs edilmiş rəhbərlərinin məhkəməsi başlayır

Sonrakı məqalə

DTX-nın həbs etdiyi sərhədçi generala bu maddələrlə cinayət işi açıldı