Azərbaycan – Lixtenşteyn matçının stadionu dəqiqləşib

Martın 23-də təlim-məşq toplanışı üçün Maltaya yollanacaq Azərbaycan millisinin ilk yoldaşlıq matçının məkanı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, komandamız həmin ayın 26-da Lixtenşteynlə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 19:00-da start götürəcək qarşılaşma “Hibernians” stadionunda keçiriləcək. Paola şəhərində yerləşən arena təxminən 3000 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, martın 31-dək Maltada hazırlıq keçəcək millimiz ayın 30-da yerli yığma ilə yoldaşlıq görüşündə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Magistraturaya ərizə qəbulu başa çatır

Sonrakı məqalə

Şəkidə 19 yaşlı oğru evdən 19 min manatlıq qızıl sikkə oğurladı