Azərbaycan millisinin sabiq futbolçusu xəstəlikdən sağalıb

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov xəstəlikdən sağalıb.

Almaniyanın “Dinamo” komandasında çıxış edən hücumçu artıq kollektivə qoşulub.

Bunu baş məşqçi Dirk Kunert açıqlayıb. O bildirib ki, cari mövsüm 14 qolla komandanın ən məhsuldar oyunçusu olan Dadaşov Regionalliqanın XXVI turunda “Çemnitzer”lə keçiriləcək oyunda meydanda olacaq: “Dadaşov səhhətindəki problemə görə ötən turdakı matçımızı buraxmışdı. Ancaq indi bizimlə birlikdədir və növbəti görüşə hazırdır”.

Qeyd edək ki, “Dinamo” – “Çemnitzer” oyunu bu gün keçiriləcək. Berlin klubu hazırda 50 xalla ikinci pillədə qərarlaşır və liderdən cəmi 2 xal geri qalır(report).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.