“Azərbaycan müstəqilliyini Moskvanın təsirindən qoruya bilib” –ABŞ dövlət katibinin sabiq köməkçisi

“Amerika Birləşmiş Ştatları 90-cı illərdən bəri Avropaya enerji mənbələrinin devertifikasiyasına kömək etmək üçün çalışır. Bakı-Tbilisi-Ceyhan boru kəmərini xatırlayırsınızmı? Hamı buna gülürdü, amma bu, çox yaxşı bir fikir olmadımı? Bu, bizə, Azərbaycana, Avropaya, Gürcüstana kömək edir. Bu yaxşı bir işdir”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ Atlantika Şurasının eksperti, ABŞ Dövlət katibinin müavininin sabiq köməkçisi Daniel Frid Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu şərh edərkən bildirib.

D.Fridin sözlərinə görə, ABŞ çox uzun müddətdir çağırış edib ki, Avropanın diversifikasiyası lazımdır: “Azərbaycanın burada hansı rolu ola bilər? Azərbaycan öz müstəqilliyini və Moskvadan müəyyən qədər fəaliyyət azadlığını qoruyub saxlayıb. Bu, yaxşı haldır. Bunu daha da qoruyub saxlamalı və Qərbi özündən uzaqlaşdırmamalıdır. Mən inanıram ki, siyasətə yenidən baxmaq düzgün olardı, çünki Azərbaycan Qərbi özündən uzaqlaşdırsa, sonda Kreml Azərbaycanı öz təsir dairəsinə çəkəcək. Lakin Azərbaycan Avropanın diversifikasiyasında, bu fövqəladə vəziyyətdə Avropaya kömək etməkdə öz rolunu oynaya bilər və mən ümid edirəm ki, bu rolu oynayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Təcili olaraq Ukraynanı tərk edin!” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu