Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur –RƏSMİ

Xocavənd və Laçın ərazilərinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Məlumatda bildirilir ki, əksinə, oktyabrın 27-də saat 16.00 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə rayonu ərazisini “Smerç” yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Sərhəd Qoşunlarının qərargah rəisi işdən çıxarılıb

Sonrakı məqalə

Teledərslərin oktyabrın 28-nə olan cədvəli