Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu Siyəzəndə dəfn olunub

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Tural İsayev Siyəzəndə dəfn edilib.

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən ( MAXE), 1992-ci il təvəllüdlü İsayev Tural Saləddin oğlunun nəşi Siyəzən rayonuna aparılıb. Şəhid rayonun Gilgilçay qəsəbəsində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, T. İsayev Vətən müharibəsində itkin düşən hərbçilərdən biri idi. (APA)

Allah rəhmət eləsin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir