Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycan qazı hansı ölkəyə neçəyə satılır? –

User 25 Avqust 2025 - 22:00 (Last updated: 25 Avqust 2025 - 16:55)
QAZ KEMER

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan – ümumilikdə təxminən 32 milyon dollar dəyərində 208,2 milyon kubmetr təbii qaz idxal edib.

İdxalın əsas hissəsi, yəni 187 milyon kubmetri Türkmənistanın, qalan 21,2 milyon kubmetri isə Rusiyanın payına düşüb.

Altı ayın nəticələrinə görə, təbii qazın orta idxal qiyməti hər min kubmetr üçün 154 dollar (təxminən 261 manat) təşkil edib. Bu isə bir kubmetr qazın idxal dəyərinin orta hesabla 26 qəpik olduğunu göstərir. Bununla yanaşı Türkmənistan qazı daha sərfəli olub (hər kubmetri təqribən 26 qəpik), Rusiya qazı isə bir qədər baha – 31 qəpiyə idxal edilib.

Azərbaycan bu dövrdə əsas qaz ixracatçısı olaraq qalmaqda davam edib. İlk yarımil ərzində altı ölkəyə ümumilikdə 4,5 milyard dollar dəyərində 12,4 milyard kubmetr təbii qaz ixrac edilib.

Qazın orta ixrac qiyməti min kubmetr üçün 367 dollar (təxminən 624 manat) olub. Beləliklə, hər bir kubmetr qaz orta hesabla 62 qəpiyə ixrac olunub ki, bu da idxal qiymətindən iki dəfədən də çoxdur.

Ən böyük həcmdə qaz ixracı Türkiyəyə (4,9 milyard m³) və İtaliyaya (4,6 milyard m³) reallaşdırılıb.

İxrac qiymətləri alıcı ölkələrə görə əhəmiyyətli dərəcədə fərqlənib. Ən ucuz qaz  Gürcüstana (hər kubmetri təxminən 19 qəpik), ən baha qaz isə Serbiyaya (hər kubmetri təxminən 96 qəpik) satılıb.

Azərbaycanın Yanvar-İyun ayları üzrə təbii qaz idxali

S/n Ölkələr Miqdar (min kub metr) Məbləğ (dollar)  

Hər min kub metr üçün

orta idxal qiyməti

(dollar)

 

Hər min kub metr üçün

orta idxal qiyməti

 (manat)

Cəmi Təbii qaz 208 246 31 980 350 $154 261 ₼
1 Rusiya 21 242 3 929 730 $185 315 ₼
2 Türkmənistan 187 004 28 050 610 $150 255 ₼

 

Azərbaycanın Yanvar-İyun ayları üzrə təbii qaz ixraci

S/n Ölkələr Miqdar (min kub metr) Məbləğ (dollar) Hər min kub metr üçün

orta ixrac qiyməti

(dollar)

 

Hər min kub metr üçün

orta ixrac qiyməti

(manat)

Cəmi İxrac 12 364 985 4 541 622 150 $367 624 ₼
1 Gürcüstan 1 330 351 151 005 880 $114 193 ₼
2 Serbiya 177 153 99 777 570 $563 957 ₼
3 Türkiyə 4 928 935 1 360 184 970 $276 469 ₼
4 Bolqarıstan 871 835 324 296 290 $372 632 ₼
5 İtaliya 4 613 790 2 365 763 950 $513 872 ₼
6 Yunanıstan 442 920 240 593 490 $543 923 ₼

AzPost.az

Post navigation

Previous: Peyk rabitəsindən gələn gəlirlərimiz azalıb
Next: Şeyxülislam İranın yeni səfiri ilə görüşüb

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04

xƏBƏR

tramp reytniq
  • Dünya

Tramp İranla bağlı 3 ssenari arasında seçim edir – Davam, yoxsa razılaşma?

User 06 Noyabr 2026 - 20:00
ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərindən sonra ilk dəfə milli təhlükəsizlik üzrə müşavirlərini toplayaraq İranla bağlı...
Read more about Tramp İranla bağlı 3 ssenari arasında seçim edir – Davam, yoxsa razılaşma?
Ukrayna bütün ərazilərini geri qaytara bilməyəcək – NATO Baş katibi rutte
  • Dünya

Ukrayna bütün ərazilərini geri qaytara bilməyəcək – NATO Baş katibi

User 06 Noyabr 2026 - 19:50
İran raket istehsalını yeraltına köçürür? – Peyk görüntülərində yeni tikililər aşkarlanıb iran raket giris
  • Dünya

İran raket istehsalını yeraltına köçürür? – Peyk görüntülərində yeni tikililər aşkarlanıb

User 06 Noyabr 2026 - 19:42
Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı? qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.