Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Azərbaycan QHT-ləri ABŞ dövlət katibinə müraciət edib

Orkhan Ali 24 İyul 2025 - 18:52 (Last updated: 24 İyul 2025 - 18:52)
rubio dov

Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət edib.

AzPost xəbər verir ki, müraciətdə deyilir ki, dövlət katibinə məktub ünvanlamış bir qrup ABŞ konqresmeninin Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti Azərbaycan ictimaiyyətində kəskin hiddət doğurub.

 

Azərbaycan QHT-ləri bu cür birtərəfli yanaşmaları rədd etdiklərini ABŞ dövlət katibinin diqqətinə çatdırıb: “Hesab edirik ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları, faktiki olaraq, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar.
Bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüş keçiriblər. Artıq Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətnini razılaşdırıldığı bildirilir. Sülh prosesini irəli aparmaq üçün ciddi, çətin iş davam etdirilir. Bir qrup ABŞ konqresmenin çağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindən başqa bir şey deyil. Onlar hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar”.

Müraciətdə deyilir ki, regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərin ABŞ-dakı erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlara imza atması təəssüf doğurur: “Bu cür şəxsləri Azərbaycan ictimaiyyəti yaxşı tanıyır, onlar Ermənistanın Azərbaycana qarşı işğalına, günahsız insanların qanının tökülməsinə, Xocalı soyqırımına susublar, təcavüzkarın yanında olublar. Bu gün də onlar Azərbaycan xalqının qanını tökmüş müharibə cinayətkarlarının mühakimə edilməməsi üçün dəridən-qabıqdan çıxırlar. Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər”.

Müraciətdə xatırladılıb ki, əvvəllər bu kimi anti-Azərbaycan, ermənipərəst təşəbbüslərlə çıxış edən və Prezident Trampın qatı tənqidçilərindən olan keçmiş senator Bob Menendez korrupsiya və rüşvətxorluğa görə məhkum olunub: “Məlum müraciətin təşəbbüskarlarından biri olan demokrat-senator Adam Şiffi isə Cənab Tramp sərt tənqid edib, onun cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyini bildirib.

Ötən il Bakıya – COP29 tədbiri zamanı səfər etmiş konqresmen Frank Peloni yerli ictimai fəallar tərəfindən “Rədd ol!” şüarları ilə qarşılanmışdı. O, səfərini yarımçıq qoyaraq rüsvayçılıqla ölkəni tərk etmişdi.

Biz hesab edirik ki, bu gün Azərbaycanın suveren ərazilərinə ermənilərin qayıdışı haqqında danışan Peloni kimi konqresmenlər ilk öncə Ermənistandan qovulmuş yüzminlərlə azərbaycanlının qayıdış hüququnu da tanımalıdırlar. Qərbi Azərbaycandan digərgin düşən insanlar dinc yolla doğma yurdlarına qayıtmalıdırlar. Qərbi Azərbaycan İcması da bu istiqamətdə Ermənistanla dialoq qurmağa hazırdır.

Ermənistan ərazisində və işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan xalqının maddi-mədəni irsi talan edilib. Buna susmaq ən böyük ədalətsizlikdir”.

Müraciətdə o da bildirilib ki, son vaxtlar İsveçrə parlamentinin “beynəlxalq sülh forumu” adı altında Cənubi Qafqazda sülh və sabitliyə xələl gətirən, Ermənistanda revanşistlərin mövqeyini müdafiə edən təkliflərlə çıxış etməsi regionda sülh və etimad quruculuğuna xəyanətdir: “Sizə bir qrup konqresmen adından ünvanlanmış məktubda İsveçrə parlamentinin təxribatçı addımlarına istinad edilməsi bir daha bu məktubun və onun müəlliflərinin əsl mahiyyətini ortaya qoyur.

Biz hesab edirik ki, məlum müraciəti təşkil edənlər ABŞ və Azərbaycan liderlərinin yazışmalarından da aydın görünən ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar. İnanırıq ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində təqdirəlayiq əmək sərf edən Tramp Administrasiyası “Vaşinqton bataqlığı”nın təmsilçiləri olan bu konqresmenlərin fəaliyyətinə doğru qiymət verəcəkdir”.

AzPost.az

Post navigation

Previous: Virtual təhlükəsizlik mövzusunda ictimai dinləmələr keçirilib
Next: “Baku Electronics”in fəaliyyətində qanunsuzluqlar aşkarlandı

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.