Azərbaycan qılıncoynadanı Paris olimpiadasına qələbə ilə başlayıb

Azərbaycanın qadın qılıncoynadanı Anna Başta “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Qadınların fərdi yarışında çıxış edən idmançı 1/16 finalda çinli Yanq Henqyu ilə qarşılaşıb.

Rəqibinə qalib gələn A.Başta 1/8 finala yüksəlib. O, bu raundda ukraynalı Olqa Xarlanı sınağa çəkəcək.

Görüş bu gün Bakı vaxtı ilə saat 16:05-də başlayacaq(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.