“Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır” –HİKMƏT HACIYEV

“Dövlət başçılarının fəaliyyəti nəticəsində Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakter daşıyır”.

Bunu bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı ilə keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev bildirib ki, Azərbaycan 44 günlük vətən müharibəsində ərazi bütövlüyünü, beynəlxalq hüquq bərpa edib: “Üçtərəfli razılaşma çoxillik müharibəyə son qoyub. Yeni reallıqlar, perspektivlər yaranıb”.

Prezidentin köməkçisi iki ölkənin ekspertlərinin iclasını yüksək qiymətləndirib, ekspertlərin birgə akademik araşdırmalar və digər yöndə layihələr həyata keçirməsini zəruri sayıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda gəmi kapitanı aşpaz qadını zorlamaq istəyib –

Sonrakı məqalə

“Putin sülhməramlılarının regionda xüsusi rolunu qeyd etdi” –