Azərbaycan-Rusiya sərhədi artıq bağlanıb

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı dövlət sərhədi müvəqqəti bağlanıb.

Martın 18-də saat 00:00-dan etibarən iki ölkə arasında gediş-gəliş məhdudlaşdırılıb.

Martın 17-də Moskvanın Domodedovo hava limanından 23:45-də sonuncu müntəzəm Moskva-Bakı aviareysi həyata keçirilib. Martın 18-dən etibarən isə Rusiyada olan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslərin həyata keçirilməsinə başlanılacaq.

Martın 18-də Moskvadan Bakıya yalnız Azərbaycan vətəndaşlarını daşıyacaq üç çarter reysinin həyata keçirilməsi planlaşdırılır. Bu reyslər Moskvanın Domodedovo və Vnukovo hava limanlarından həyata keçiriləcək. Eyni ilə bir çarter reysi də Sankt-Peterburqdan Bakıya həyata keçiriləcək.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar Rusiya xarici vətəndaşlar üçün sərhədlərini martın 18-dən mayın 1-dək bağlı elan edib. Rusiya hökumətinin qadağa məhdudiyyəti səfirlik və konsulluqların əməkdaşlarına, beynəlxalq nəqliyyatda yük daşıyan avtomobil sürücülərinə, hava, dəniz və çay gəmilərinin ekipaj üzvlərinə, qatar briqadalarının üzvlərinə şamil olunmayacaq. Bundan başqa, Rusiyada yaşamağa icazəsi olan əcnəbilərə qadağa aid deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağda müharibə ehtimalı kifayət qədər real görünür” –

Sonrakı məqalə

Türkiyədə koronavirusdan ilk ölüm qeydə alınıb