Türkiyədə koronavirusdan ilk ölüm qeydə alınıb

Türkiyədə koronavirusdan 89 yaşlı bir kişi dünyasını dəyişib, yoluxma sayı 98-ə çatıb.

Bu barədə Türkiyənin Ssəhiyyə naziri Fəxrəddin Qoca açıqlamsında bildirib.

Nazir bu gün daha 51 nəfərdə koronavirus testlərinin nəticələrinin müsbət çıxdığını vurğulayıb. F.Qoca deyib ki, nəticələri müsbət olan xəstələr arasında müalicəyə tabe olanlar da var.

Qeyd edək ki, koronavirus infeksiyasına yoluxma halı Türkiyədə ilk dəfə 7 gün öncə aşkarlanıb. Hazırda ümumilikdə təhlükəli virusa yoluxanların sayı 98 nəfərdir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan-Rusiya sərhədi artıq bağlanıb

Sonrakı məqalə

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub