Azərbaycan Rusiyaya məxsus helikopterin vurulmasına görə üzrxahlıq etdi –XİN BƏYANAT YAYDI, İZAHAT VERDİ

Azərbaycan Xarici işlər nazirliyi Rusiyanın Ermənistan ərazisində vurulmuş helikopetrlə bağlı bəyanat verib.

Azpost.info-nun məlumatına görə, XİN helikopterin səhvən Azərbaycan tərəfindən vurulduğunu bildirib.

“Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyindən aldığı məlumata görə, 9 noyabr saat 18.30-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan hissəsində Rusiyaya məxsus Mi-24 hərbi vertalyotu vurulub.

Bununla əlaqdar bildirməyi zəruri hesab edirik:

-Hhelikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirib.

– Uçuş sutkanın qaranlıq hissəsində, az hündürlükdə, HHQ-in radar zonasından kənarda həyata keçirilib.

– Rusiyaya məxsus helikopterlər əvvəllər göstərilən rayonda qeydə alınmayıb.

Qeyd olunan amilləri, regionda gərgin vəziyyəti və erməni tərəfinin mümkün təxribat ilə bağlı yüksək döyüş hazırlığını nəzərə alaraq növbətçi hərbi bölüm tərəfindən hədəfə atəş açmaq barədə qərar qəbul edilib.

Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfinə üzrxahlığını bildirir.

Azərbaycan tərəfi ekipaj üzvlərinin ailələrinə başsağlığı verir və tezliklə sağalmalarını arzulayır.

Azərbaycan tərəfi müvafiq kompensasiyanı ödməyə hazır olduğunu bəyan edir”-deyə XİN bəyanatında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ordusu bu gün 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəkliyi işğaldan azad edib –

Sonrakı məqalə

Teledərslərin noyabrın 10-na olan cədvəli