“Azərbaycan total hücumlar qarşısındadır”- Zahid Oruc

Fransa və Qərbin digər dövlətləri insan hüquqlarından bəzi xalqlara, ölkələrə qarşı təsir vasitəsi kimi istifadə edir. Azərbaycan da hər gün total “hücum”lar qarşısında qalır.

Bu sözləri “Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransda Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib.

Onun sözlərinə görə, dünya birliyi bu gün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin yaradılmasının əsas məqsədini unudur. “İnsan hüquqlarının müdafiəsi adı altında dünyada ərazilərin bölüşdürülməsi uğurunda mübarizə gedir”, – deyə Zahid Oruc vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.