Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə yardım göndərəcək

Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyəyə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görür.

Bunu Baş nazir Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin Vitse-prezidenti Fuat Oktaya ünvanladığı başsağlığı məktubunda qeyd edib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.