“Azərbaycan üçtərəfli bəyanatla bağlı bütün öhdəliklərini yerinə yetirir” –CEYHUN BAYRAMOV

“Üçtərəfli bəyanatların icrası istiqamətində müsbət işlər görülüb”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir və noyabrın sonunda hərbi əsirlərin mübadiləsi başa çatıb: “Ötən il noyabrın sonunda xüsusi əməliyyat nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni keçən 62 nəfər tutulub. Onların əməlləri ilə bağlı araşdırmalar davam edir. Onların əməllərinə hüquqi qiymət veriləcək. Bütün bunlar litvalı nazirin diqqətinə çatdırılıb”.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir