Azərbaycan UEFA reytinqində geriləyib

“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervar” komandası ilə heç-heçə etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.

Apa xəbər verir ki, 0:0 hesabıyla başa çatan oyun sayəsində ölkənin aktivinə 0,125 xal yazılıb. Azərbaycan hazırda 18,125 xalla 25-ci sıranı tutub. Komanda ötən günlə nisbətdə bir pillə geriləyib.

Aktivində eyni xalı olan Slovakiya 4 təmsilçisinin də mübarizəni dayandırmaması səbəbindən 24-cü pillədə göstərilib.

Reytinqə 89,160 xalla İngiltərə başçılıq edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.