Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Siyasət

Azərbaycan və BƏƏ prezidentləri görüşüb

Orkhan Ali 09 İyul 2025 - 18:49 (Last updated: 09 İyul 2025 - 18:50)
00001.00_01_21_11.Still006

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

AzPost xəbər verir ki, söhbət zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.

Prezident İlham Əliyevin bu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərləri məmnunluqla xatırlanıb, həmin səfərlər zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli gündəliyimizlə bağlı geniş müzakirələrin aparıldığı qeyd olunub.

Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub və bu istiqamətdə perspektiv layihələr müzakirə edilib.

SOCAR-la ADNOC, həmçinin ölkəmizlə “Masdar” şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirilib.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün əhəmiyyətinə toxunulub və Birləşmiş Ərəb Əmirliklərinin bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edilib.

Sonra Prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb.

Görüşün sonunda dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim edib.

AzPost.az

Post navigation

Previous: Küçük bütün kəndi ölümdən xilas etdi
Next: G7 ölkələri Ukraynanı müzakirə etmək üçün Kanadada toplanacaq

Oxşar xəbərlər

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.