Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünün vaxtı bəlli olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində görüş mayın 10-da keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkə hesabında məlumat verib.

“Əvvəlcədən edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq”, – deyə Ayxan Hacızadənin paylaşımında qeyd edilib.

Əvvəlki məqalə

Fransa Ukraynaya 100 nəfərlik ilk hərbi bölüyünü göndərib

Sonrakı məqalə

I sinfə qəbulla bağlı 28 337 sorğu yerləşdirilib