Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlandı

ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan XİN başçılarının dövlət sərhədindəki vəziyyətlə bağlı görüşü payızın əvvəlində keçirilə bilər.

Bu barədə “RİA Novosti” Rusiya Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, iki dövlət arasındakı münasibətlər və koronavirus pandemiyasının dinamikası imkan verəcəyi təqdirdə həmsədrlərlə XİN başçılarının görüşü payızın əvvəlində baş tuta bilər.

“Hazırda əsas məsələ Ermənistan-Azərbaycan sərhədində qalmaqda olan gərginliyi azaltmaq və ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik həll yollarını aktivləşdirməkdir”, – deyə mənbə vurğulayıb.

O, görüş yerinin hələ müəyyən edilmədiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Əvvəlcə bu mənə zarafat kimi gəlirdi, sonra bir ay yox oldum” –

Sonrakı məqalə

Rusiyanın Azərbaycandakı səfiri XİN-ə gəldi –