Azərbaycan və Pakistan xüsusi təyinatlılarının birgə hərbi təlimi planlaşdırılır

Bu il Azərbaycan və Pakistan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə birgə hərbi təlimin keçirilməsi planlaşdırılır.

Azpost.info bildirir ki, bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.

Məlumata görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub.  İkitərəfli təlimlər növbə ilə Azərbaycanda və Pakistanda keçiriləcək.

Qeyd edək ki, 2019-cu ildə Pakistan  hərbçiləri Azərbaycanda “TurAz-Qartalı-2019” Azərbaycan-Türkiyə və “Qafqaz Qartalı-2019” Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimində müşahidəçi qismində iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Seçkilər İlham Əliyevin islahatlarının davamı olacaq” –

Sonrakı məqalə

Dövlət Dəniz Agentliyi xüsusi təhlükəli hava barədə xəbərdarlıq yayıb