Azərbaycan və Qazaxıstan arasında fiber-optik xəttin çəkilişinə görə müəssisə yaradılıb

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilişi layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün birgə müəssisə yaradılıb.

APA Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə energetika naziri Yerlan Akkenjenov bildirib.

“Hazırda müəssisə təsis olunub və texniki-iqtisadi əsaslandırma maliyyələşdirilib. İki bank, o cümlədən Asiya İnkişaf Bankı bu işə dəstək verib. Əsaslandırma işləri başa çatdıqdan sonra layihənin dəqiq dəyəri məlum olacaq və qərarlar veriləcək”, – nazir qeyd edib.

Xatırladaq ki, Xəzər dənizinin dibindən çəkiləcək enerji kabeli Qazaxıstan, Azərbaycan və Özbəkistanın enerji sistemlərini birləşdirməyi nəzərdə tutur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.