Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan və Türkiyə XİN-ləri arasında konsulluq məsləhətləşmələri olub

User 08 Mart 2024 - 13:56 (Last updated: 21 May 2025 - 20:15)
xin

Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, məsləhətləşmələrin ilkin mərhələsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri baş idarəsinin rəisi Hayriye Nurdan Erpulat Altuntaşın rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

Məsləhətləşmələrin əsas mərhələsində Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayevin, Türkiyə Respublikası tərəfindən isə Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yasin Ekrem Serimin iştirakı ilə konsulluq, miqrasiya, ədliyyə və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişafı ilə əlaqədar müzakirələr aparılıb.

Görüş zamanı, iki ölkə arasında konsulluq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, əməkdaşlığın, o cümlədən sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, iki dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onlara zəruri konsulluq yardımının göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, həmçinin Azərbaycan və Türkiyə arasında təhsil, miqrasiya və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin, Türkiyə tərəfindən isə xarici işlər nazirinin müavini Yasin Ekrem Serimin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında nəqliyyat və ticarət sahələri üzrə əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

 

Y.Rəfiyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində görülən işlər barədə qarşı tərəfi məlumatlandırıb.

 

Görüşlərdə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin, Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Miqrasiya Baş idarəsinin rəsmiləri iştirak edib.

Post navigation

Previous: “Natəvanın heykəli Fransada vandalizmə məruz qalıb” –
Next: Britaniyanın müdafiə naziri Kiyevə gedib –

Oxşar xəbərlər

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37

xƏBƏR

ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Təsəvvür edin: Ayın səthindəsiniz. Ətrafınız boz torpaq, qayalar və saysız-hesabsız kraterlərdir. Başınızı qaldırıb qara kosmosa baxırsınız və...
Read more about Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.